Dekabrın 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 133 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinq 130 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
133 toyun monitorinqi həyata keçirilib, bir şadlıq sarayının rəhbəri həbs edilib
© APA | Daxili İşlər Nazirliyi
31 dekabr 2021 11:17 (UTC +04:00)
Hadisə
Bakıda “Land Rover” markalı minik avtomobili yanıb
19:42
5 may 2024
Prokurorluq Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb
17:22
5 may 2024
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən ər saxlanıldı
16:26
5 may 2024
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb - YENİLƏNİB
11:17
5 may 2024