Bank Of Baku

33 yaşlı kişi Qarabağ suvarma kanalında batıb - VİDEO

33 yaşlı kişi Qarabağ suvarma kanalında batıb - VİDEO
# 27 iyul 2026 09:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 26 iyul tarixində Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR