Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.
Orta məktəb yaxınlığında naməlum kişi 1990-cı il təvəllüdlü Möhübbü Azər Zərnigar Adil qızına bir neçə bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.