Ağcabədidə bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Əliheydər Mirzəyev qonşusu Namiq Məmmədovun oğlunun hərbi xidmətə çağırılması ilə bağlı təşkil edilən yığıncaqda həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib.
Daha sonra Ə.Mirzəyev evlərinə qayıdıb bıçaq götürərək, S.Mirzəyevə yığıncaqdan çıxarkən həyət darvazasının yanında 5 bıçaq zərbəsi vurub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.