Bakı və Ucar sakinlərində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ə.Əliyevdə müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Maşlıq kənd sakinləri F.Zeynalovdan, Z.Sadıqovdan və Q.Hüseynovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş 3 ədəd “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.