Qazaxıstan vətəndaşı Bakıda itkin düşüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qazaxıstan vətəndaşı Telman Mamedov Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, Qazaxıstan vətəndaşı olan oğlu, 1991-ci il təvəllüdlü Fərman Mamedovun Sulutəpə qəsəbəsindəki evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.