Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO - YENİLƏNİB
# 08 aprel 2020 19:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən APA-ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

16:46

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mərdəkan şossesində qeydə alınıb. “Toyota Camry” markalı avtomobil yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR