Bakının Qaradağ rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsini Qobu qəsəbəsi ilə birləşdirən yolda olub.
“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ-2107”nin sürücusü və "VAZ-21099"-da olan qadın sərnişin hadisə yerində ölüb.
2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı və 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.