Bakıda avtomobil velosipedçini vurub.
APA-nın məlumatına görə, hadisə ötən gün Binəqədi şossesində qeydə alınıb.
Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, paytaxt sakini, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.