Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən ynağınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.
***
Saat 10:07
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Yanğın binanın 16-cı mərbəsində yerləşən elektrik şitində meydana gəlib, sakinlər binadan təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.