Bakıda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.