Oğurluq üstündə tutulan şəxsin daha bir əməlinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.