Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bülbül prospektində baş verib.
99-MM-792 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Xəlilzadə Mirhüseyn Üzeyir oğlunu vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.