Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
"Saipa" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər xəsarət alıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralılardan Xəyal Kazımov, Kərim Zeynalov, Tofiq Əhmədov və Ceyhun Babayevin vəziyyəti ağırdır.