Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Musayev Yusub Hümbət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.