Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan B.Baxşıyev və 3 sərnişini xəstəxanaya yerləşdirilsə də sürücü orada ölüb, sərnişinlərə isə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.