Daxili İşlər Nazirliyini (DİN) Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.