Daxili İşlər Nazirliyi (DİN) Şirvanda 4 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.