Xəbərə fotolar əlavə olunub
***
saat 13:45
Gədəbəydə baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
***
saat 13:34
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. “”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.