Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 10 yaşlı Hüseyn İbrahimov yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
H.İbrahimovun orta məktəb şagirdi olduğu bildirilir.