Gəncədə 3 nəfər dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan yaşayış massivində qeydə alınıb.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Gülər Quluzadə və onun 2014-cü il təvəllüdlü övladı Nurlan İsmayılov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ana və azyaşlının vəziyyətinin kafi olduğu bildirilir.
Digər bir zəhərlənmə hadisəsi şəhərin Gülüstan-1 adlanan qəsəbəsində baş verib. Sözügedən ünvanda yaşayan 1989-cu il təvəllüdlü Aygün Məhərrəmova hamam otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.
30 yaşlı qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu deyilir.