Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Yol qəzası nəticəsində "Jiquli"nin sürücüsü 1996-cı il təvəllüdlü Fərzəliyev Ehtiram Vaqif oğlu xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.