Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Paşayeva Lətifə Adil qızı ehtiyatsızlıqdan gölə düşərək boğulub.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.