Gəncədə ər və arvad zəhərlənib

Gəncədə ər və arvad zəhərlənib
# 05 fevral 2021 00:42 (UTC +04:00)

Gəncədə ər və arvad sirkə turşusundan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Səbuhi Zeynalov və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lalə Zeynalova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, onların arasında mübahisə düşüb. Ondan sonra hər iki şəxs sirkə turşusu içib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR