Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində minik avtomobili aşıb.
Nəticədə avtomobildə olan 1994-cü il təvəllüdlü Tofiq Yaqub oğlu Nəzərov, 1998-ci il təvəllüdlü Misir Hacıyev və daha bir nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağıdır.