Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili tərəfindən vurulan şəxslərin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölən şəxs Hacıqabul sakini, 68 yaşlı Əsgərova Sitarə Səftərxan qızı, onun nəvəsi isə 29 yaşlı Əsgərova Füruzə Absalam qızıdır.
****
19:43
Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili yolu keçən iki nəfəri - nənə və nəvəni vurub.
APA-nın yerli bürosunun məlumatına görə, qadınlardan biri hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.