Şirvan Apellyasiya Məhkəməsində Beyləqanda qətli sifariş edən və törədən şəxslərin şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Əsədov Şahsuvar Şükür oğlunun və Sadıqova Əzizə Telmanovnanın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin onların barəsindəki hökmü ı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.
Sonradan məlum olub ki, İ. Fərhadovu həyat yoldaşı 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib, Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.