İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.
Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.
***
Saat 17:51
İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.
APA-nın məlumatına görə, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.