Mingəçevirdə 58 yaşlı kişi başından bıçaqlanıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Bəhmən Mustafayev baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni B.Mustafayevin qonşusu törədib.
Faktla bağlı araşdırma aparılır.