Mingəçevirdə avtomobil aşıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospekltində, Yüksək Texnologiyalar Parkının qarşısında baş verib.
1991-ci il təvəllüdlü Abdullayev Vüqar Fidail oğlunun yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.