Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Nuray Həsənli Hüseyn qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.