Sabirabad rayonunun Qaratəpə kəndində ev yanıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 112 m² olan tavanı qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları 97 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.