Sabirabadda yük avtomobili aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. "Shacman" markalı yük avtomobili "Vito Mercedes" markalı avtomobillə toqquşub. Qumla yüklənmiş yük avtomobili aşıb, qum yola dağılıb. Yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.