Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Hüseynov İsmayıl Rza oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.