Şəmkirçay su anbarında batan, 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğlunun axtarışları başa çatıb.
APA-nın qərb bürosunun xəbərinə görə, T.Süleymanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
17:56
Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.
APA-nın qərb bürosunun xəbərinə görə, o, 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğludur.
Hazırda onun axtarışları davam edir.
***
16:37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.