Şəmkir rayonunun Yeniabad kəndində "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.
APA FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Tovuz rayonunun Dönük Qırıqlı kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.