Tərtərdə silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düyərli kənd sakini E.Səfərovun evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.