Xaçmazda oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.