Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şöhlə Səfər qızının axtarışları başa çatıb.
Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş. Rəsulova yanvarın 28-də Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batıb.