Bank Of Baku

Abşeronda 1 aydır itkin düşən qadın axtarılır

Abşeronda 1 aydır itkin düşən qadın axtarılır
# 09 yanvar 2025 16:55 (UTC +04:00)

Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

Bu barədə APA- ya itkin düşən şəxsin anası Tacirə Kərimova məlumat verib.

Bildirlib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.
Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.

Faktla bağlı polisə məlumat verilib.

İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.

Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR