Bank Of Baku

Abşeronda yaşayış kompleksinin elektrik lövhəsində partlayış olub

Abşeronda yaşayış kompleksinin elektrik lövhəsində partlayış olub
# 01 sentyabr 2022 23:20 (UTC +04:00)

AAAF Park yaşayış kompleksində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR