Bank Of Baku

Adam oğurluğunda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Adam oğurluğunda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb
# 21 oktyabr 2024 16:50 (UTC +04:00)

Adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxslərin vəkilləri vəsatət veriblər.

Onlar cinayət işinin istintaqa qaytarılmasını istəyiblər.

Təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, 3 ailə üzvünün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin istintaqa qatarılmasını istəyib.

Yeniyetmə Murad Rzayev haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsi barədə də vəsatət qaldırılıb.

Pokuror Orxan Səmədov isə işin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib. Vəsatətlərin təmin edilməməsi barədə qərar çıxarılıb. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Məhkəmənin baxış iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra paylaşımları görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

İttihama görə, təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

Təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsində çağırıblar. Onlar Nəzirxan Ağaxanovu öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, Zabrat qəsəbəsində yaşadığı evə aparıblar.

Daha sonra Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər onun üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar.

Hüquq-mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR