Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü R.Allahverdiyev bıcaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriıib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, R.Allahverdiyev Şəmkir şəhərində yerləşən evlərdən birinə oğurluğa girib. O, oğurluq üstündə tutulan zaman özünə bıçaqla xəsarət yetirib.