Ağcabədidə yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bəhrəmtəpə magistralının Ağcabədi rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə 4 nəfər - Xocavənd kənd sakinləri Elyas Mamedov, Rahib Ağayev, Əlvan Hüseynov, Etibar Quliyev xəsarət alıb. Onlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.