Ağdamda tikintidə sinəsinə armatur batan fəhlə ölüb - YENİLƏNİB

Ağdamda tikintidə sinəsinə armatur batan fəhlə ölüb - YENİLƏNİB
# 13 may 2025 13:18 (UTC +04:00)

Ağdamda tikintidə sinəsinə armatur batan fəhlə ölüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzində vəfat edib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs (kişi cinsli) mayın 13-də saat 11:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub.

Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20 radələrində onun ölüm faktı qeydə alınıb.

***

12.00

Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb.

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nın Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR