Bank Of Baku

Ağdamda yük maşını minaya düşüb - YENİLƏNİB - VİDEO - FOTO

Ağdamda yük maşını minaya düşüb - YENİLƏNİB  - VİDEO  - FOTO
# 14 fevral 2025 12:03 (UTC +04:00)

Fevralın 14-də Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

https://t.me/apa_az/94507

***

11.25

Ağdamda yük maşını minaya düşüb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Xaçın çayının Ayaq Qərvənd kəndindən keçən hissəsində qeydə alınıb.

Çay yatağından çınqıl yığmağa gedən "Howo" markalı yük maşınına mina partlaması nəticəsində ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR