Bank Of Baku

Ağdaşda avtomobil tələbəni vuraraq öldürüb

Ağdaşda avtomobil tələbəni vuraraq öldürüb
# 06 may 2025 17:40 (UTC +04:00)

Ağdaşda avtomobil piyadanı vurub.

APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR