Bank Of Baku

Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb, araşdırma aparılır- YENİLƏNİB-1 - FOTO

Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb, araşdırma aparılır- YENİLƏNİB-1  - FOTO
# 03 aprel 2025 14:43 (UTC +04:00)

Ağdərədə insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.

Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

13.23

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.

APA xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb. Məlumata görə, bu günlərdə Əsəddin Novruzovun da qalıqları ərazidən götürüləcək.

Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.

***

10.25

Ağdərə rayonunda insana məxsus olması ehtimal edilən sümüklər aşkar edilib.

APA-nın yerli bürosunun məlumatına görə, skelet fraqmentləri Baş Güney kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanıb.

Tapılan qalıqların 1992-ci ildə şəhid olan Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova aid olduğu ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR