Xəbərə foto əlavə edilib.
***
11:09
Ağstafada dəm qazından ölən şəxsin adı məlum olub.
Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.
***
09:56
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
2 kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hər iki şəxs yaşadığı evdə dəm qazından zəhərləniblər.
Bildirilir ki, hər iki şəxs kənddə qonaq olublar.