Ağstafada 35 yaşlı qadın ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Kəsəmən kənd sakini 35 yaşlı Günel Əhməd qızı Məmmədova aprelin 8-də xəstəxanaya xəsarətlərlə müraciət edib. Onun xəsarətləri həyat yoldaşı tərəfindən döyülməsi nəticəsində aldığı bildirilib.
Müayinə edildikdən sonra qadın evə buraxılıb. Lakin onun halı yenidən pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İlkin məlumata görə, qaraciyər xəstəliyindən əziyyət çəkən qadın bir neçə gün əvvəl əri tərəfindən döyülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.